Şuşada Türkiyənin konsulluğu açılsın - TƏKLİF

25 Dekabr 2020 12:52

Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğu açılsın.

Milli.Az xəbər verir ki, bu təkliflə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov çıxış edib.

A.Abdulkərimov saytımıza açıqlamasında deyib ki, Türkiyənin buna mənəvi haqqı çatır:

"Türkiyə Cümhuriyyəti 44 günlük müharibədə Azərbaycana tam dəstək verdi. Konsulluğun açılması həm də təhlükəsizliyi təmin edər. Düşünürəm, bu məsələ ilə bağlı tez bir zamanda addım atılmalıdır".

Milli.Az