İsmayıllıdan qar mənzərələri - FOTO

25 Dekabr 2020 14:19

Ötən gündən etibarən İsmayıllıda havanın qeyri-sabit keçməsi nəticəsində gecə saatlarında qar yağmağa başlayıb.

Milli.Az bildirir ki, İsmayıllı şəhərində 7 santimetr qalınlığında olan qarın rayonun ucqar kənd və qəsəblərində 20 santimetr olduğu müşahidə edilib.

"9 saylı Yol İstismarı" MMC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib.

Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən Muğanlı-İsmayıllı avtomobil yolunun 0-40 km, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-46 km-lik hissələrinə qum-duz qarışığı səpilib.

Bundan əlavə, qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür, taxılın, bitkilərin üzərini örtərək onları şaxtadan qoruyur. Qarın yağması su ehtiyatlarının artımınada müsbət təsir göstərir.

Hazırda rayon ərazisində qarın yağması davam edir. (ölkə.az)

Milli.Az