Levandovski 1-ci, Messi 2-ci, Ronaldo 3-cü oldu

25 Dekabr 2020 09:34

"The Guardian" nəşrinin versiyasına əsasən, "Bavariya"nın futbolçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı oyunçusu seçilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona"dan Lionel Messi 2-ci, "Yuventus"dan Kriştiano Ronaldo 3-cü olub.

Xatırladaq ki, Levandovski bundan əvvəl UEFA və FİFA-nın versiyalarına görə ilin ən yaxşı futbolçusu seçilmişdi.

Milli.Az