Dünyanın ən böyük aysberqi parçalanır

24 Dekabr 2020 18:33

2017-ci ildən başlanan qlobal istiləşmə səbəbiylə Antarktidadan ayrılan dünyanın ən böyük üzən aysberqi parçalanmaqda davam edir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, son parçalanmadan sonra ərazisinin yarısından çoxunu itirib.  Bununla yanaşı elm adamları, milyonlarla pinqvin, dəniz quşu və mavi balinanın olduğu Britaniyanın Cənubi Georgia adasının cənub-şərqində cərəyanlarda gəzən buzdaqlarından narahatdır.

Belə ki, alimlər, okean axınlarının və küləklərin buzdaqlarını sürükləyə və adanın ətrafındakı qayalıqlarda sıxışa biləcəyindən qorxurlar. Və bu səbəbdən heyvanlar qida mənbələrinə çata bilməyəcəklər.

Milli.Az