"Allah sonumuzu xeyir etsin" - Günay

24 Dekabr 2020 18:28

Həyat yaşla yox, yaşamaqla ölçülür. Qısa həyata sığışdırılan ömür sənin hekayəndir. Bir başlanğıc önəmlidir, bir də sonluğun... Allah sonumuzu xeyir etsin....

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Sənətçi yeni fotolarını yayımlayaraq, bunları əlavə edib:

"Yol uzundur, yorucudur...Səbr istər, ürək istər, güvən istər. Həyatdan qaçmaq üçün yox, həyatı qaçırmamaq üçün yola çıx".

Milli.Az