Türkiyə PKK-ya qarşı daha bir əməliyyat keçirdi

24 Dekabr 2020 16:48

Türkiyədə PKK terror təşkilatına qarşı yeni əməliyyat keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, silsilə əməliyyatlar olan "Yıldırım" əməliyyatları çərçivəsində yeni "Yıldırım-5" əməliyyatı təşkil olunub.

Hatayda keçirilən əməliyyatlarda Amanos dağlarında PKK-ya aid olan sığınacaqda silah-sursat və maddi-texniki təchizat vasitələri ələ keçirilib. Həmçinin müxtəlif gündəlik istehlak vasitələri müsadirə edilib. Bu sahədə silsilə əməliyyatlar davam etdiriləcək.

Milli.Az