Dekabrın 24-də Çinin koronavirus infeksiyasına qarşı "Sinovac" peyvəndinin ilk partiyası Türkiyəyə gətirilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, preparatı daşıyan təyyarə İstanbul hava limanına eniş edib. Ölkədə vaksinasiya prosesi ilə bağlı detalların bu gün Səhiyyə Nazirliyi tərəfindən açıqlanması gözlənilir.
Milli.Az