Bakıda köşkdə yanğın: 1 nəfər öldü

24 Dekabr 2020 11:37

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az