COVID-19: Fransada tezliklə Pfizer-BioNTech peyvəndinin tətbiqinə başlanılacaq

25 Dekabr 2020 02:30

Fransada COVID-19 infeksiyasına qarşı ilk peyvəndləmə dekabrın 27-də bir neçə qocalar evində başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa səhiyyə naziri Olivye Veran məlumat verib.

Koronavirus əleyhinə Pfizer-BioNTech peyvəndi əvvəlcə Paris və Burqony-Franş-Komte (Bourgogne-Franche-Comte) regionunda bir neçə qocalar evində tətbiq ediləcək. COVID-19 əleyhinə peyvəndləmənin məcburi xarakter daşımadığı diqqətə çatdırılıb. Fransada koronavirusa qarşı peyvəndləmə kampaniyasının bir neçə mərhələdə aparılacağı bildirilib.

Avropa Dərman Agentliyi (AEM) artıq türk əsilli Uğur Şahin və Özlem Türeci tərəfindən hazırlanmış Pfizer-BioNTech peyvəndinin istifadəsinə icazə verib.

İngiltərədə virusun yeni mutasiyası nəticəsində yaranmış ştamma qarşı bu peyvəndin səmərəsiz olmasına dair dəlil yoxdur.

Milli.Az