Türkiyədə 3 İŞİD-çi saxlanıldı

24 Dekabr 2020 11:24

Türkiyədə İŞİD terror təşkilatının 3 üzvü həbs olunub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Adana şəhərində baş verib. Şəhərdə İŞİD-lə əlaqəli bilinən 5 şəxsə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində onlardan 3-ü saxlanılıb.

Digər şəxslərlə bağlı axtarışlar və əməliyyat tədbirləri davam edir. Həmçinin saxlanılanlarla bağlı araşdırmalar aparılır.

Milli.Az