ABŞ-da vurulan vaksin əks təsir göstərdi

24 Dekabr 2020 10:40

ABŞ-da koronavirusun qarşısını almaq üçün vurulan peyvənd əks təsir göstərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-York şəhərində yaşayan səhiyyə işçisinə tətbiq edilən vaksin gözləntiləri doğrultmayıb.

Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, "Pfizer" və "BioNTech" peyvəndi vurulan xanımda anidən allergiya yaranıb.

Qeyd edək ki, ötən həftə 5 vətəndaşda "Pfizer" vaksininə qarşı bu cür reaksiyaya rast gəlinib.

Milli.Az