“Kəlbəcərdən çıxanda 8 yaşım var idi” - VİDEO

23 Dekabr 2020 17:44

ARB TV-nin "Xəbər Ətər" verilişinin növbəti qonağı muğam ifaçısı Babək Niftəliyev olub.

Milli.Az xəbər verir ki, ifaçı ağır keçən uşaqlıq illərindən danışıb:

"Kəlbəcərdən çıxanda 8 yaşım var idi. Uşaqlıq illərim məhv olub, zülmlə keçib. 8 yaşımda Kəlbəcərdən çıxmışdım, indi şükür edirəm ki, mənim övladım 8 yaşında Qarabağa, Kəlbəcərə qayıdır. Şükür edirəm ki, müharibə bizim övladlarımıza qalmadı. 3 övladım var. Mən də əsgər atasıyam".

Milli.Az