"Sumqayıt"ın futbolçusu koronavirusa yoluxdu

23 Dekabr 2020 18:14

"Sumqayıt"da son koronavirus testlərinin nəticələri məlum olub.

Klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, bir futbolçunun testinin cavabı pozitiv olub. Virusa yoluxmuş oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, "Sumqayıt" sabah Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Milli.Az