Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in baş çavuşu - FOTO

23 Dekabr 2020 16:07

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Həsənov Tofiq Etibar oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, T. Həsənov 1989-cu ildə Gədəbəy rayonunun Cəfərli kəndində doğulub.

O, sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az