"Atletiko"nun futbolçusu Dieqo Kosta Madrid klubundan ayrılmaq fikrindədir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu müqaviləsini yeniləmək istəmir.
Onun yanvar ayında komandadan ayrılacağı bildirilib. Futbolçunun paytaxt təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, Kosta zədə səbəbindən bu mövsüm cəmi 7 oyuna çıxıb və 2 qol vurub.
Milli.Az