"Artetanı qovmaq böyük səhv olar" - Qvardiola

23 Dekabr 2020 14:59

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Arsenal"ın çalışdırıcısı Mikel Artetaya dəstək olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı "BBC Radio"ya açıqlamasında komandanın uğursuz çıxışlarından sonra Artetanın istefaya göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

O, həmyerlisinin vəzifəsində qalmalı və ona zaman verilməli olduğunu deyib: "Əgər "Arsenal" Artetanı qovsa, böyük səhv etmiş olar. Ona güvənməlidirlər. Nəticələrə görə məşqçini tənqid edənləri anlayıram. Ancaq onunla xeyli müddət çalışmışam və nə qər yaxşı məşqçi olduğunu bilirəm. Artetanın tək ehtiyacı zamandır".

Uğursuz mövsüm keçirən London klubu 14 turdan sonra 14 xalla 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Arteta 2016-2019-cu illərdə "Mançester Siti"də Qvardiolanın köməkçisi kimi çalışıb. O, ötən ildən "Arsenal"ın baş məşqçisidir.

Milli.Az