ABŞ-da 2020-ci ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ABŞ millisinin və "Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Covanni Reyna ölkəsində ilin ən yaxşısı seçilib.
Bu barədə ABŞ yığmasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 18 yaşlı futbolçu bu mövsüm Dortmund təmsilçisinin heyətində 13 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Milli.Az