Peruda yoluxma rekord həddə çatdı

23 Dekabr 2020 13:24

Peruda koronavirusa rekord yoluxma qeydə alınıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu Latın Amerikası ölkəsində 1 milyon 153 nəfər COVID-19-a yoluxub. Ölənlərin sayı 37 mini ötüb. 32 milyon əhalisi olan Peru üçün bu rəqəm olduqca yüksək sayılır.

Ölkədə əmək qabiliyyətli və işləyən əhalinin 70 faizi qeydiyyatsız olduğu üçün pandemiyanın sosial-iqtisadi nəticələri acınacaqlı olub. Paytaxt Limada su təsərrüfatı ilə bağlı problemlər və su çatışmazlığının yoluxma sayında artıma səbəb olduğu bildirilir.

Milli.Az