Ermənistanda COVID-19-a yoluxanların sayı 155 mini ötüb

23 Dekabr 2020 13:29

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 838 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 155 440 nəfərə çatıb.

Ermənistanda indiyədək bu xəstəlikdən ölənlərin sayı 2 691 nəfərdir.

Milli.Az