Gürcüstanda son sutkada 51 nəfər koronavirusdan ölüb

23 Dekabr 2020 13:19

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2345 yoluxma halı qeydə alınıb, 51 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  214 871, ölənlərin sayı isə 2 233 nəfərə çatıb.

Virusa yoluxanlardan 191 968 nəfərin sağaldığı bildirilir.

Milli.Az