"Atletiko"dan növbəti qələbə - VİDEO

23 Dekabr 2020 12:04

"Atletiko" La Liqada növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən  xəbər verir ki, Madrid klubu 16-cı turda səfərdə "Real Sosyedad"la qarşılaşıb. Matç Dieqo Simeonenin baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real Sosyedad" - "Atletiko" - 0:2
Qollar: Hermoso, 49, Llorente, 74

Bu qələbə ilə xalını 32-yə (13 oyun) yüksəldən Madrid təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Real" 29 xalla (14 oyun) 2-ci, "Real Sosyedad" 26 xalla 3-cüdür.

Milli.Az