ABŞ İsraillə birgə hərbi sənaye istehsalına 500 milyon dollar ayırdı

23 Dekabr 2020 12:24

ABŞ İsraillə birgə hərbi sənaye istehsalına ilkin olaraq 500 milyon dollar ayırıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, qərar artıq Konqresdə təsdiqlənib. Bu məbləğin gələcəkdə artırılması gözlənilir.

ABŞ və İsrail hərbi əməkdaşlıq anlaşmaları çərçivəsində birgə raket istehsalı və birgə hava hücumundan müdafiə sistemləri istehsalına başlayacaq.

Milli.Az