Bakıda yol qəzası: Aeroport yolunda tıxac yarandı - FOTO

23 Dekabr 2020 10:07

Bakıda Heydər Əliyev prospekti-Hava limanı yolunda qəza baş verib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, yol qəzası Əmircan-Bülbülə döngəsi adlanan yerdə şəhər mərkəzi istiqamətində olub: "Nəticədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bunu nəzərə alaraq bir daha sürücüləri bu cür hava şəraitində sürət həddinə əməl etməyə, meteoroloji amilləri mütləq qaydada nəzərə almağa çağırırıq".

Milli.Az