Çin sanksiyalara rəsmi cavab verdi: “ABŞ milli təhlükəsizliyini bəhanə edir”

22 Dekabr 2020 18:13

ABŞ hökuməti milli təhlükəsizliyini bəhanə edərək xarici şirkətlərə təzyiq göstərir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.

"Bu, ədalətli rəqabət və beynəlxalq ticarət prinsiplərinin kobud şəkildə pozulmasıdır. Çin tərəfi ABŞ-ın hərəkətlərinə kəskin etiraz edir və Çin müəssisələrinin qanuni maraqlarını qorumaq üçün bütün lazımi addımları atacaq", - Çin tərəfinin yaydığı rəsmi açıqlamada bildirilir.

Milli.Az