Akar: "Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzdə bir türk və bir rus general olacaq"

22 Dekabr 2020 17:34

Bizim heyətimiz Azərbaycandadır. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim heyətimiz orada fəaliyyətə başlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ağdamda yerləşəcək Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzdə bir türk və bir rus general olacaq.

"Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər", - türkiyəli nazir vurğulayıb.

Milli.Az