Kasilyas “Real”a qayıtdı

22 Dekabr 2020 16:43

İspaniyanın "Real" klubunun keçmiş qapıçısı İker Kasilyas doğma komandasına qayıdıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kasilyas Madrid klubunun fondunda direktor müavini vəzifəsində çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

1999-2015-ci illərdə "Real"ın əsas komandasında oynayan Kasilyas, yayda karyerasını bitirib.

Milli.Az