Nikon şirkəti Yaponiyada kameraların istehsalını dayandıracaq

24 Dekabr 2020 20:50

Yaponiyanın yerli mətbuatında yayılan məlumatlara görə, Nikon şirkəti Yaponiyada kameralar istehsalını dayandıracaq. Şirkətin 1971-ci ildən bəri fotoqrafiya avadanlığı istehsal etdiyi Sendai müəssisəsindən istehsal tamamilə Taylanda köçürüləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu addım, kamera bazarında istehsal xərclərini azaltmaq məqsədilə verilib.

Təxminən 27.000 m2 ərazini əhatə edən Sendai zavodu bir neçə onillik ərzində Nikon-un əsas müəssisəsi olaraq qalırdı. Şirkət yalnız kameralar istehsal etməklə kifayətlənməyib, xarici istehsal filiallarına da yardım göstərib.

Bildirilir ki, Nikon Z6 və Z7 aynasız kameraların buraxılışı hələ oktyabr ayında Taylanddakı fabrikdə mənimsənildi və gələn ilin sonunda fevral ayında təqdim olunan flaqman Nikon D6 SLR kamerasının çıxışı da tam olaraq oraya köçürüləcək.

Milli.Az