Erməni katalikosu Bakıda çıxış edib
26 Aprel 2010 12:18
Milli.Az xəbər portalı ANS televiziyasına istinadən xəbər verir ki, o, bu gün başlayan Dini Liderlərin Ümumdünya Sammitində çıxış edib. Qaregin çıxışında dünyadakı müharibələrə və terrorizmə son qoyulmalı olduğunu bəyan edib: "Din xadimlərinin borcu dünyada, regionda mövcud ekoloji və milli münaqişələrin həllinə kömək etməkdən ibarətdir".
Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan II Qaregin bu münaqişə ətrafında həll prosesini ATƏT-in Minsk qrupunun apardığını və dövlət başçılarının da yüksək səviyyəli dialoqunun mövcudluğunu bildirib: "Necə xoşbəxt bir gün olardı ki, regiondakı bütün sərhədlər açılardı və münaqişələr həll olunardı".
Bütün ermənilərin katalikosu dinlərarası növbəti sammitin Yerevanda keçiriləcəyini əsas gətirərək, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəni həmin sammitə dəvət edib.
Qeyd edək ki, sammit çərçivəsində bu saatlarda Rusiya, Azərbaycan və Ermənistan din rəhbərlərinin görüşü nəzərdə tutulub.
Milli.Az