Rio-de-Janeyro meri həbs edildi

22 Dekabr 2020 18:06

Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Marselo Krivella korrupsiya ilə bağlı həbs olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, eyni istintaq çərçivəsində daha iki nəfər saxlanılıb.

Onlar sahibkar Rafael Alves və keçmiş müstəntiq Fernando Moraysdır.

Krivella 2017-ci ilin yanvar ayından mer vəzifəsində çalışır. O, noyabr ayında bələdiyyə seçkilərinin ikinci turunda məğlub olub.

Milli.Az