"Liverpul" futbolçusu Məhəmməd Salahla yolları ayırmağı düşünmür.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 28 yaşlı hücumçunu komandada saxlamaq və ona şərtləri yaxşılaşdırılmış yeni bir müqavilə təklif etməyi planlaşdırır. 2023-cü ilin yayına qədər olan hazırkı müqaviləyə əsasən, misirli oyunçu həftədə 200 min funt (220 min avro) qazanır.
Qeyd edək ki, son vaxtlar Salahın "Real"a keçəcəyi barədə xəbərlər yayılıb.
Milli.Az