Gürcüstanda son sutkada 3064 nəfər koronavirusa yoluxub, 42 nəfər ölüb

22 Dekabr 2020 15:03

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  3 064 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  212 526, ölənlərin sayı isə 2 182 nəfərə çatıb.

Virusa yoluxanlardan 188 408 nəfərin sağaldığı bildirilir.

Milli.Az