Putin 9 yaşlı leykoz xəstəsinin arzusunu yerinə yetirdi - FOTO

22 Dekabr 2020 14:52

Rusiya Prezidenti Vladimir Putin  doqquz yaşlı oğlanın arzusunu yerinə yetirib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, leykoz xəstəsi olan Dima Oşepkin bu yaxınlarda "Arzular yolkası" adlı aksiyada Qırmızı Meydanda xizəkdə sürüşməyi arzulayıb.

Vladimir Putin onun arzusunu gerçəkləşdirməyə söz verib. Beləliklə, Dimanın arzusu gerçəkləşib. Dima və Rusiya Prezidenti birlikdə buz üstünə çıxıblar.

Milli.Az