Ermənistanda son sutkada koronavirusdan 17 nəfər ölüb

22 Dekabr 2020 14:03

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 537 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 154 602 nəfərə çatıb.

Ermənistanda indiyədək bu xəstəlikdən ölənlərin sayı 2 673 nəfərdir.

Milli.Az