Benzema Messi və Ronaldunun hegemonluğuna son qoydu

22 Dekabr 2020 15:47

"Marca"nın versiyasına əsasən, "Real"ın futbolçusu Kərim Benzema La Liqada 2019/2020 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə nəşr məlumat yayıb. Fransalı hücumçu ötən mövsüm İspaniya çempionatında 37 matçda 21 qol vurub.

2009-cu ildən yalnız hücumçu Lionel Messi və Kriştianu Ronaldu mövsümün ən yaxşı oyunçuları kimi tanınırdılar.

Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid təmsilçisində oynayır.

Milli.Az