Rezidenturanı bitirənlərin təyinatının vaxtı dəyişdirildi

22 Dekabr 2020 10:28

Noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.

Milli.Az