Masallıda yük avtomobili yanıb

22 Dekabr 2020 08:13

Masallı rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda "Ford" markalı yük avtomobilinin ban hissəsi və 1 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az