İngiltərənin "Arsenal" klubunun futbolçusu Sokratis Papastopulos qış transfer dövründə London təmsilçisini tərk etməlidir.
Milli.Az apasport.az-a istinadla bildirir ki, adı komandanın Çempionlar Liqası və Premyer Liqa üçün iştirak ərizələrindən çıxarılan 32 yaşlı yunan müdafiəçi oyun praktikası üçün yeni klub tapmalıdır.
O, karyerasını Türkiyədə davam etdirə bilər. Sokratisin xidmətində "Fənərbağça" maraqlıdır.
Qeyd edək ki, müqaviləsi 2021-ci ilin yayında başa çatacaq futbolçunun illik maaşı 3 milyon avrodur.
Milli.Az