Bu sərhədlər hələ 2010-cu ildə qurulmuşdu - Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası haqda

21 Dekabr 2020 15:34

Bu gün müəyyənləşdirilən Ermənistanın sərhədləri 2010-cu ildə qəbul edilmiş Ermənistanın inzibati ərazi bölgüsü haqqında qanunu ilə müəyyən edilir.

Milli.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sisian sakinləri qarşısında çıxış edərkən bildirib.

"Bu qanuna görə, Xndzoresk və Tex icmalarının inzibati sərhədləri Azərbaycana bitişikdir", - Paşinyan deyib.

Aslan Məmmədov
Milli.Az