Göygöl və Şabranda yük maşını yanıb

21 Dekabr 2020 18:59

Göygöl rayonunda "KamAZ" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şabran rayonunda isə "Shacman" markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az