Ərdoğan CHP-li deputatdan təzminat tələb edir - FOTO

21 Dekabr 2020 15:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin qrup başqanının müşaviri Özgür Özəli məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı müxalif partiyanın üzvündən 250 min TL təzminat tələb edib.

Buna Özəlin Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən Ərdoğanı "diktator" adlandırması səbəb olub.

Milli.Az