Türkiyə ordusu PKK terrorçularını məhv etdi - VİDEO

21 Dekabr 2020 16:26

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsinə daxil olmaq istəyən terrorçuları məhv edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"PKK/YPG terror təşkilatının "Barış Pınarı" bölgəsindəki əmin-amanlıq və təhlükəsizlik mühitini pozmasına imkan vermədik, verməyəcəyik.

Bölgədə bütün tədbirləri görən qəhrəman komandolarımız PKK/YPG terrorçularını zərərsizləşdirib", - məlumatda vurğulanıb.

Milli.Az