Rusiyada koronavirusa yoluxmada yeni rekord

21 Dekabr 2020 16:15

Rusiyada son sutka ərzində daha 29 350 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 2 877 727 nəfərə çatıb.

Son sutka ərzində 493 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 51 351 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az