İranda zəlzələ olub

21 Dekabr 2020 13:46

İranın Xuzestan əyalətində 4.3 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Xuzestan əyalətinin Ərvəndkənar, Minuşəhr və Abadan bölgələrində hiss olunub.

Yeraltı təkanlarının ocağı 10 km dərinlikdə yerləşib.

Milli.Az