Türkiyədə qar bir sıra problemlər yaratdı

21 Dekabr 2020 12:24

Türkiyənin şərq, cənub-şərq və şimal-şərq bölgələrində yağan güclü qar bir çox problemlər yaratmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bayburt bölgəsində 5 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Yolları təmizləmək üçün bölgəyə əlavə texnika cəlb olunsa da qarın intensiv yağması əngəllər yaradır.

Sinoptiklər Anadolunun bütün bölgəsində temperaturun aşağı düşəcəyi, yağıntının güclənəcəyi, yolların buza bağlayacağı barədə xəbərdarlıq ediblər.

Milli.Az