Tanınmış rəssam vəfat etdi

21 Dekabr 2020 11:51

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin müəllimi, tanınmış rəssam Vaqif Ucatay vəfat edib.

Milli.Az oxu24.com-a istinadən bildirir ki, V.Ucatay ötən gün 65 yaşında dünyasını dəyişib.

Vaqif Ucatay 22 iyun 1955-ci ildə Şabran (o zamankı Dəvəçi -red) rayonunun Təkyə kəndində anadan olub.

O, 1993-cü ildən vəfat edənə qədər Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Vaqif Ucatay əsərlərində milli ənənələri yaşadan rəssam olub. 2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib. 

Allah rəhmət eləsin!

Milli.Az