Hayntse ABŞ klubunda - RƏSMİ

20 Dekabr 2020 23:25

ABŞ-ın "Atlanta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən komandanı bundan sonra sabiq futbolçu Qabriel Hayntse çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı argentinalı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Milli.Az