Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.
Milli.Az bildirir ki, bu barədə "ölkə.az"-a prodüser Sənan Sərdaroğlu məlumat verib.
Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.
Milli.Az