“Qarabağ” “Qəbələ” ilə heç-heçə etdi

20 Dekabr 2020 18:37

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

"Qəbələ" - "Qarabağ" - 1:1

Qollar: Rafael Utriq, 83 - Filip Ozobiç, 56

Qaçırılan penalti: Uroş Matiç, 16

Qırmızı vərəqə: Rövlan Muradov, 70

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

Milli.Az