"Yuventus" "Napoli"nin futbolçusu Arkaduiş Miliki transfer etməyə yaxındır.
Qol.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Turin klubunun 26 yaşlı hücumçunun keçidi üçün razılığa gəldiyi bildirilib.
Bundan əvvəl poşalı oyunçu ilə "Tottenhem", "Atletiko" və "Everton"un yaxından maraqlandığı bildirilmişdi.
Qeyd edək ki, Milik 2016-cı ildən "Napoli"də çıxış edir.
Milli.Az