Sumqayıt İcra Hakimiyyətinin başçısının müavini vəfat etdi - Koronavirusdan təzə sağalmışdı

20 Dekabr 2020 14:29

Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, S.Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı.

Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.

Milli.Az